Ebola tarixdə ən böyük epidemiyaya çevrilə bilər | ABŞ-dan XƏBƏRDARLIQ

Ebola tarixdə ən böyük epidemiyaya çevrilə bilər |    ABŞ-dan XƏBƏRDARLIQ
  06 İyun 2026    Oxunub:265
CDC: Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyası tarixdə ən böyük epidemiyaya çevrilə bilər
ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bu barəd hesabatında bildirib. Hesabata görə, xəstələrin təcrid olunma səviyyəsi aşağı (20%) olduğu halda, üç ay ərzində yoluxma hallarının sayı 20 mini keçə bilər ki, bu da 65 faiz yoluxma deməkdir. Əhalinin 70 faizinin təcrid edilməsi halında isə bu risk 5 faizə qədər azalır.

“Bu nəticələr ictimai səhiyyə sahəsində effektiv tədbirlərin vacibliyini göstərir. Hazırkı epidemiya artıq Bundibuqyo virusunun törətdiyi Ebola qızdırmasının indiyədək qeydə alınmış ən böyük yayılması hesab olunur və qısa müddətdə ən genişmiqyaslı epidemiyalarından birinə çevrilə bilər”, – məlumatda bildirilir.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Africa CDC) rəhbəri Jean Kaseya bildirib ki, Konqo Demokratik Respublikası və Uqandada laborator təsdiqlənmiş Ebola yoluxmalarının sayı 397-yə çatıb. Onun sözlərinə görə, təhlükəli infeksiya nəticəsində azı 63 nəfər həyatını itirib.

Virus hava, su və ya qida vasitəsilə keçməsə belə, Afrika qitəsində geniş yayılması ehtimalı yüksəkdir.

AzVision.az



Teqlər:



Xəbər lenti